EN

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib.
Oxu.Az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatın final yarışları Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə baş tutub.
Təhsil ocağının idman zalında təşkil olunan yarışda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları, gənclər və idman naziri Fərid Qayıbov, həmçinin media nümayəndələri iştirak ediblər.
Nazirlə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi badminton oynamaqla yarışı açıq elan ediblər. F.Qayıbov mətbuata açıqlamasında bildirib ki, bu gün Azərbaycan idmanında tarixi hadisə yaşanır:
"İşğaldan azad edilmiş torpaqlarımıza idman qayıdır. Mütəmadi olaraq Qarabağın işğaldan azad edilən şəhər və rayonlarında idman yarışları keçirilir. Xankəndi şəhəri də artıq bir neçə idman yarışına ev sahibliyi edib".
Nazir Xankəndinin həm də idman mərkəzinə çevriləcəyindən və bu günədək bu şəhərdə keçirilmiş idman yarışlarından da söz açıb.
1974-cü ildə Xankəndidə keçirilmiş turnirdə üç kateqoriya üzrə mükafatçılar sırasında yer almış Azərbaycan badminton ailəsinin üzvü Mahmud Məmmədov da fəxri qonaq qismində final qarşılaşmalarını izləyib.
Qalib və mükafatçıları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları, gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov təltif ediblər.
Chosen
28
50
oxu.az

10Sources