EN

DYP bayram günləri ilə bağlı sürücülərə çağırış edib

“Qarşıdan gələn bayram günlərində şəxsi avtomobillə səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir”.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda deyilib.

Bildirilib ki, bununla yanaşı, qeyri-qanuni sərnişin daşıyan şəxslərin bayram öncəsi sərnişin axınının artmasını fürsət bilərək, məhz sürət rejiminin pozulması hesabına gün ərzində bir neçə dəfə səfərlər təşkil edəcəkləri ehtimal olunur:

“Hərəkət intensivliyinin artması fonunda yolda müəyyən edilmiş sürət həddinin aşılması, yaxud sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi kimi kobud qayda pozuntuları isə sözsüz ki, sonda ağırlıq dərəcəsi yüksək olan yol qəzaların baş verməsinə real zəmin yarada bilər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha yüksək sürətin ağır faciələrə səbəb olduğunu xatırladır və qarşıdan gələn bayram günlərinin xoş əhval-ruhiyyədə qeyd olunması üçün hər bir hərəkət iştirakçısını yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır!”.

“Cari ilin 11 ayı ərzində qeydə alınan göstəricilərə əsasən, yolda müəyyən edilmiş sürət həddinin aşılması, yenə də sürücülər tərəfindən ən çox yol verilən qayda pozuntusudur. Bu səbəbdən baxılan dövrdə 505 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 344 nəfər həyatını itirib, 335 nəfər isə yaralanıb”, – deyə məlumatda qeyd edilib.

Chosen
19
49
kommersant.az

10Sources