EN

Hər zaman ədalət prinsipimizi qoruyuruq - DİASPOR

Ötən gün Almaniyanın Maqdeburq şəhərindəki Milad yarmarkasında baş verən faciəli hadisə nəticəsində həlak olan insanlarla yanaşı xeyli sayda şəxs də xəsarət aldı.

Almaniyanın Marvila şəhərində fəaliyyət göstərən Azərbaycan evinin rəhbəri Yaşar Musayev baş verən hadisə və bunun oradakı soydaşlarımıza təsiri ilə bağlı Modern.az-a müsahibə verib. 


-    Yaşar bəy, Almaniyanın Marvila şəhərində Azərbaycan evinə rəhbərlik edirsiniz. Orada diaspor fəaliyyətinə nə zaman başlamısınız?

-     Biz 2007-ci ildən bəri Almaniyanın Marvila şəhərində fəaliyyət göstəririk. Həmişə dövlətimizə, xalqımıza, dövlətçilik ənənələrimizə dəstək vermişik. Marvila şəhərində Azərbaycan evimiz var. Burada toplanırıq. Eyni zamanda Əcnəbilər İttifaqına da üzvük və orada da toplantılar keçiririk. Həmvətənlilərimiz də burada fəallıq, birlik, həmrəylik göstərirlər. 

Qeyd edim ki, biz yalnız bu şəhərdə fəaliyyət göstərmirik. Mən Almaniya Azərbaycan Lauretinin idarə heyətinin üzvüyəm. Biz ümumiyyətlə Almaniyanın istənilən yerində yaşayan azərbaycanlılara hərtərəfli kömək göstəririk və bundan sonra da daha ciddi şəkildə bu məsələlərlə məşğul olub köməyimizi onlardan əsirgəməməyə çalışacayıq.

- Uzun illər işğal altında qalan torpaqlarılmızla bağlı işlər görən diasporumuz Qərbi Azərbaycanla bağlı hansı addımlar atır?
 
- Qarabağ məsələsini həll etsək də, onu da bilirik ki, bəzi ikili standartlı ölkələr bizə qarşı fəaliyyətini dayandırmayıb. Məsələn, Fransa. Hamı bilir ki, onlar Azərbaycana qarşı necə çirkin addımlara əl atırlar. Amma biz də buna cavab olaraq davamlı fəaliyyətlə məşğuluq. Bu məsələlər üzərində tədbirlər keçiririk, insanlarla münasibətlər qururuq. Erməni diasporunun fəaliyyətinə gəldikdə isə onlar din məsələsindən davamlı istifadə etməyə çalışır, indi də dini siyasi alətə çevirirlər. Bunun öhtəsindən gəlmək üçün lazımi tədbirlər keçiririk, etiraz aksiyaları edirik. Dövlət qurumlarına müraciət edir, bəyanatlar yayırıq. Erməni diasporunun bizə qarşı keçirdiyi iyrənc oyunların 99 faizinin qarşısını demək olar ki, almışıq.

Erməni lobbisinə, diasporuna qarşı sakit siyasətlə məşğuluq. Qərbi Azərbaycan məsələsi ilə bağlı apardığımlız işlərə mane ola bilmirlər. Qarabağ məsələsində olduğu kimi Qərbi Azərbaycan mövzusunda da haqlıyıq. Erməni lobbisi isə getdikcə zəifləyir. Əgər onlar güclü fəaliyyətlə məşğul olsaydılar bizim Almaniyada qaldırdığımız məsələlər, keçirdiyimiz tədbirlərin üstündən bir həftə keçdikdən sonra ayılmazdılar. Biz isə əksinə onların keçirəcəkləri bütün tədbirləri həftələr, bəzən də 1 ay əvvəldən bilirik və onların aparmaq istədiyi siyasət, yeritmək istədikləri saxta düşüncələrin qarşısını almaq üçün işlərə başlayırdıq. 

Burada yaşayan Azərbaycanlılar özlərini çox yaxşı hiss edirlər. Ölkəmiz də, xalqımız da dövlət və insanlar tərəfindən xoş qarşılanır. Düzdür, bəzi ikili siyasətlərin nəticəsi olaraq müəyyən vaxtlarda münasibətlərin soyuqluğunu hiss etmək olur. Amma bu bizim azərbaycanlı olmağımızdan irəli gəlmir, ümumən aparılan siyasət nəticəsində gəlmələrə qarşı soyuq münasibətdə özünü göstərir. 


-    Son hadisələrlə bağlı Azərbaycan disporunun mövqeyi necədir? Soydaşlarımızla profilaktik işlər aparırsınızmı?


-    Son hadisələri qınayırıq. Bu, terror aktıdır. Tarix boyu erməni terroruna məruz qalan xalq olaraq hər birimiz bu hadisələri pisləyirik. Biz hər zaman mehriban, digər xalqlara qarşı humanist və bütün dinlərə qarşı tolerant yanaşmamızı göstərmişik. Ona görə də, bu cür hadisələr hər bir azərbaycanlı tərəfindən pislənilir və düzgün qəbul edilmir. Bizə qarşı bu cür məsələlərdə ədalətli mövqey tutulmasa da, biz hər zaman bu kimi məsələlərdə ədalət prinsipimizi qoruyacayıq.


Onu da biliriki ki, baş verən hadisələrdən sui-istifadə də ola bilər. Biz bunu başa düşürük və bu kimi halların qarşısını almaq üçün davalı tədbirlər görürük. Artıq son hadisələrlə bağlı toplantı keçirdik. Hadisənin müsəlman biri tərəfindən həyata keçirilməsi isə bizə qarşı gətirilə biləcək arqument deyil, çünki biz artıq bu məsələləri keçmişik. Bizim diasporumuz formalaşma dövrünü keçib və artıq lobbiyə çevrilir. Biz hadisə olduqdan sonra tədbir keçirmirik, illərdir islamafobiya və baş verə biləcək digər məsələlər üzərində işləyirik, tədbirlərimizi görürük. Baş verəcək hər bir hadisəyə qarşı mümkün qədər hazırlıqlı oluruq.

Chosen
21
modern.az

1Sources