EN

“Ən böyük arzum Şuşada konsert verməkdir”- Elton

“Artıq 20 ildən çoxdur ki, mən sənət fəaliyyətindəyəm. Ən böyük arzum idi ki, Heydər Əliyev Sarayda solo konsertim olsun. Mənim ən böyük arzularımdan biri də Şuşada konsert verməkdir. İnşallah orada da sizinlə görüşərik. Konsertə hazırlıq yüksək səviyyədə olub. Bu hazırlıq işində ən az zəhməti olan insan mən olmuşam. Demək olar ki, məşqlərə tam olaraq qatıla bilməmişəm. Niyə? Çünki bizim sənətimiz sırf əzbərdən ibarət deyil. Təbii ki, müəyyən repertuar seçmişik, oxuyacağam. Hamısı öz yerində amma konsertdə nə baş verəcəksə orada olacaq. Çünki canlı ifa Heydər Əliyev Sarayında çox çətindir və eyni zamanda olduqca məsuliyyətlidir”.

OLAY yazır ki, bu sözləri ötən gün ölkənin əsas səhnəsi Heydər Əliyev SarayındaNəğməli dünyam adlı konsert proqramı ilə çıxış edən Əməkdar artist media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

Konsertinə saylı dəqiqəqlər qalmış həyəcanlı olduğunu dilə gətirən sənətçi gələn il müəllimlik fəaliyyətinə başlayacağını bildirib:

“Bu günləri mənim üçün illərdir ki, zəhmət çəkib bu sənətdə istədiyim zirvəyə gəlib çatmağımın ən pik nöqtəsidir. Mənə sənətdə ən böyük dəstəyi Elmira Paşayeva verib. Onun əllərindən öpürəm və təşəkkürümü bildirirəm. Bu günləri Əməkdar artist Elton Hüseynəliyev kimi mən onun haqqını bu səhnədə oxumağımla verəcəyəm. Klassik estradada ümidvaram ki, hər zaman mənə olan etimadı doğruldacağam. Birdə gələn il inşallah müəllimlik fəaliyyətinə başlayıram”.

Elton repertuarında yer alan mahnılardan və onların içində ən çox sevib dinlədiyi nəğmələrdən söz açıb:

“Adətən mən özümü dinləməyi xoşlamırdım. Amma bu bir müddətə qədər oldu. Son 2-3 ildə özüm öz mahnılarıma qulaq asıram. Misal üçün “Dənizin nəğməsi”, “İkimizin yerinə”, “Sən yoxsan”, “Çarə getməkdir”, “Sevgi etirafı” və sayra. Elə mahnı var ki, insanların xoşuna gəlir amma mən özüm o mahnını dinləyə bilmirəm. Elə də mahnı var ki, özüm qulaq asmağı sevirəm. Bu gün konsertdə repertuarımdan çox az sayda mahnı ifa edəcəyəm. Bu gün sırf klassik estradanın şah əsərlərini oxuyacağam”.

Hüseynəliyev efirlərə az-az çıxmasının səbəbini özünün günahı olduğunu açıqlayıb:

 “Bu gündən sonra efirlərə az-az çıxmaram. Bu mənim şəxsi qüsurumdur. Bir müddət düşünürdüm ki, efirə az-az çıxıb tamaşaçıları yormamaq lazımdır. Etiraf etmək lazımdır ki, televiziyada olan verilişlərin səviyyəsi də aşağıdır. Əgər o verilişlərdə ki, musiqi varsa ürəklə gedərəm. Amma sonra baxdım ki, kökündən yanlış, səhv düşünmüşəm. Mən və mənim kimi digər sənət dostlarım o verilişlərə getmədikcə, efirlərə az-az çıxdıqca istər-istəməz boşlıq yaranır. Bizim sənətimizdə isə təsadüfi insanlar çoxdur. Misal üçün - ciddi sənəti gətirib tərz oxuyanlarla müzakirə etmək bu düzgün deyil”.

 İfaçının bu sözlərinə onun həyat yoldaşı və predüser Tamilla xanım belə münasibət bildirib:

 “Az əvvəl həyat yoldaşım Elton bəyə efirlərə az-az çıxması ilə bağlı sual ünvanladınız. Bu fikirlə razı deyiləm. Düşünürəm ki, Elton bənzərsiz ifaçıdır. Bunu isə rahatlıqla deyə bilirəm, çünki onun fitri istedadı var. Hər gün bizim verilişlərdə nə işimiz ola bilər”.

 Konsertinin sponsorluğu haqda isə suala Əməkdar artist belə reaksiya verib:

“Necə ki, sıfırdan başlamışam və xalqım mənə “Azəri Star” yarışmasında iştirak edən zamanı səs verib, eləcə də konsertlərimə onlar bilet alıb gəlirlər və beləcə məni və sənətimi dəstəkləyirlər. Bu günki konsertimin bir görünməyə sponsoru var ki, o əslində sponsor da deyil. Göydə Allahımızdır yerdə isə özümüz. Hərəmiz bir tərəfdən əmək sərf eləmişik. Güvənirəm ki, sırf məni istəyib konsertimə bilet alıb gələn insanların dəstəyinə və gücünə bu sənətimdə irəli gedəcəyəm. Bəli, xanımım Tamilla dediyi kimi, cəmi 3 dəfə məşqə gəlmişəm. Onu da bilirəm ki, onların hərəsinin üstünə 1-2 dəfə təcili yardım gəlib (gülür)”.

 MÜSAHİBƏ: Rəşad Əliyev

VİDEO/FOTOLAR: Soltan İbrahimov

MONTAJ: Rəşad Əliyev

Chosen
10
1
olay.az

2Sources