EN

İran səfirliyinin əməkdaşı öldürüldü

Dəməşqdə terror aktı nəticəsində İran səfirliyinin əməkdaşı həlak olub.

Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.

O, mərhumun ailəsinə və bütün İran xalqına başsağlığı verib.

XİN rəsmisi bildirib ki, dekabrın 15-də silahlılar İranın Dəməşqdəki səfirliyinin əməkdaşı Seyid Davudun avtomobilini atəşə tutub və nəticədə sözügedən şəxs həlak olub.

Bəqayi bu cinayətə görə məsuliyyət daşıyanların tapılması, mühakimə olunması və cəzalandırılmasının Suriyanın keçid hökumətinin üzərinə düşdüyünü vurğulayıb.


Müəllif: Ceyhun Ağazadə
Chosen
25
25
teleqraf.com

10Sources