EN

Dekabrın 22-də bu ərazilərdə qar yağacaq

Azərbaycan ərazisində dekabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News365.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4° isti, dağlıq ərazilərdə 4° şaxta, gündüz 7-12° isti olacağı proqnozlaşdırılır.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam yüksək dağlıq ərazilərdə qısamüddətli qar yağacağı ehtimalı var. Arabir duma olacağı gözlənilir. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-3° isti, gündüz 7-10° isti təşkil edəcək.

Chosen
25
49
news365.az

10Sources