İranın Lorestan vilayətində avtobus dərəyə aşıb, ölən və yaralanalar var.
Redaktor.az xəbər verir ki, bu barədə Lorestan Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Avtobusun Andimeşk-Poldaxter yolunda dərəyə aşması nəticəsində ilkin məlumata görə, ən azı 10 nəfər ölüb.
Qeyd edilib ki, xilasetmə işləri hələ də davam edir. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölənlərin sayının artacağı ehtimal olunur.