EN

“Tesla” 700 min avtomobilini geri çağırır

"Tesla" şirkəti avtomobilin təkəri üçün təzyiqə nəzərət sistemindəki xəbərdarlıq işığında yaranmış problemə görə 700 min avtomobilini geri çağırır.

Ölkə.az AZƏRTAC-a istinadən bildirir ki, Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının yaydığı açıqlamada problemin 2024-cü il istehsalı olan "Cybertruck", 2017-2025-ci illərin istehsalı olan "Model 3" və 2020-2025-ci illərin istehsalı olan "Model Y" avtomobillərində qeydə alındığı deyilir.

İlon Maskın rəhbərlik etdiyi şirkət problemi həll etmək üçün müştərilərə pulsuz proqram yeniləməsi təqdim edəcəyini bildirib.

Chosen
19
20
olke.az

10Sources