Misli Premyer Liqasının XVIII turunun "Turan Tovuz" - "Neftçi" matçından (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
"İki fərqli hissə izlədik. İlk yarıda oyunçularım çox həyəcanlandılar, lazım olan aqressiyanı göstərə bilmədilər. İkinci hissədə daha aktiv və aqressiv oynadıq. İkinci yarıda oyundan razı qaldım. Futbolçular aktiv idi, yaxşı oynayırdılar deyə əvəzetmələr etmədim. Son dəqiqələrdə zədəsi olmasına baxmayaraq, Roderik Millieri oyuna buraxdıq. O da özünü yaxşı tərəfdən göstərdi".
- Ayxan Hüseynovun son vaxtlar oynamamasının səbəbi nədir?
- Kimin oynamasının fərqi yoxdur. Kim yaxşı oynayırsa, onu da meydana buraxırıq. Meydanda olanlar yaxşı oynadı deyə bu gün dəyişikliklər etmədim.
- Qış fasiləsinə 3-cü yerdə yollandız. Nəticəni necə hesab edirsiz?
- Mövsümün əvvəlində bunu məndən soruşsaydılar, deyərdim yaxşı nəticədir. Amma elə oyunlar oldu ki, lazımsız xallar itirdik.
Azər Bağırovdan müəmmalı açıqlama - ”Kəpəz”i tərk edir?
Rüfət Abbasov: "Son saniyədə buraxdığımız qolla "Qarabağ"a məğlub olmaq həqiqətən üzücüdür"
Abdullahi Şuaybu: "Məqsədimiz hər kəsə bəllidir"
Azər Bağırov: “Buna görə heyfslənirik”
Vaqif Cavadov: "Neftçi" kimi klubun bizim oyunçuları istəməsi xoşdur”