Rusiyanın "Cənub" qoşun qruplaşmasının bölmələri Ukraynanın Donetsk vilayətinin Ostrovskoye (Ukrayna dilində adı - Konstantinopolskoye) kəndini nəzarətə götürüb.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Rusiya hərbçiləri, həmçinin, Donetskin Zaliznyanskoye, Orexovo-Vasilevka, Çasov Yar, Kuraxovo, Seversk və Luqansk vilayətinin Beloqorovka yaşayış məntəqələri ərazisində Ukrayna Silahlı Qüvvələrinin briqadalarına və müdafiə qüvvələrinə zərbələr endirib.
Mənbə: oxu.az