EN

Türkiyədən beş çamadanla ayrılan Joze Mourinyo jurnalistləri həyəcanlandırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən gecə "Eyüpspor"la görüşdə 1:1 hesablı heç-heçə edən "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo Türkiyəni tərk edib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı səhhəti ilə bağlı ölkəni tərk edib.
Onun özü ilə beş çamadan götürməsi media təmsilçilərində klubdan ayrıldığı ehtimalını yaratsa da, Mourinyonun bir həftə sonra yenidən Türkiyəyə qayıdacağı bildirilib.
Qeyd edək ki, Türkiyə Superliqasında yeni ilə keçid dövrü olduğu üçün iki həftəlik tətil elan olunub. Klublar istirahətə XVII tur görüşləri başa çatdıqdan sonra yollanacaqlar.
Chosen
5
33
oxu.az

10Sources