EN

“Siz məni hələ yaxşı tanımırsız, bir şeyə zəmanət verə bilərəm: heç vaxt təslim olmayacam”

“Mançester Yunayted”in hücumameyilli yarımmüdafiəçisi Meyson Maunt İngiltərə Premyer Liqasının 16-cı turunun “Mançester Siti” ilə son oyununda (1:2) zədələndikdən sonra emosiyalarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, ingiltərəli futbolçu sosial media hesabındakı paylaşımında “Mançester Yunayted” azarkeşlərinin onu hələ yaxşı tanımadığını bildirib:

“Sözlər hazırda necə kədərləndiyimi təsvir edə bilməz. Yəqin ki, baş verəndə üzümdəki ifadəni görmüsüz.

Bunun nə demək olduğunu bilirdim. “Mançester Yunayted” azarkeşləri, siz məni hələ yaxşı tanımırsız.

Amma bir şeyə zəmanət verə bilərəm: heç vaxt təslim olmayacam və inamımı itirməyəcəm.

Mən bunu əvvəllər də demişəm, hər şeyimi verməyə davam edəcəm, bu çətin vaxtdan keçəcəm və istədiyimi əldə edənə qədər dayanmayacam”.

25 yaşlı yarımmüdafiəçi cari mövsümdə qol vurmadığı bütün turnirlərdə 12 matçda iştirak edib. Onun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Chosen
25
sportinfo.az

1Sources