EN

Fidandan Trampın Ərdoğanla bağlı sözlərinə REAKSİYA

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın yeni prezidenti Trumpın Ərdoğan və Türkiyə ilə bağlı açıqlamaları barədə danışıb.

Publika.az xəbər verir ki, bu barədə XİN rəhbəri "France 24" kanalına danışıb.

"Düşünmürəm ki, yeni seçilmiş prezident Tramp bunu deyərkən mənfi ifadə işlətmək niyyətində deyildi. Hesab edirəm ki, o, bunu baş verənləri öymək üçün deyib. Lakin Suriyadakı hadisə Türkiyənin "hakimiyyəti ələ keçirməsi" kimi qiymətləndirilə bilməz. Burada ələ keçirməkdən söhbət gedirsə, Suriya xalqının hakimiyyəti ələ keçirməsidir", - Fidan Trampın çıxışına reaksiya verib.

Xatırladaq ki, Tramp Suriyada yaşanacaq hadisələrin “açarı”nın Türkiyədə olduğunu açıqlayıb. Ərdoğanı da güclü və ağıllı lider kimi xarakterizə edib.

Chosen
51
34
publika.az

10Sources