Rusiyanın "Cənub" qoşun qruplaşmasının bölmələri Ukraynanın Donetsk vilayətinin Ostrovskoye (Ukrayna dilində adı - Konstantinopolskoye) kəndini nəzarətə götürüb. Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri, həmçinin, Donetskin Zaliznyanskoye, Orexovo-Vasilevka, Çasov Yar, Kuraxovo, Seversk və Luqansk vilayətinin Beloqorovka yaşayış məntəqələri ərazisində Ukrayna Silahlı Qüvvələrinin briqadalarına və müdafiə qüvvələrinə zərbələr endirib.