EN

Çin XİN: Pekin Tayvanın silahlanması ilə bağlı ABŞ-a etiraz edib

Pekin ABŞ-ın Tayvana hərbi yardımından kəskin narazılığını bildirib və Vaşinqtona sərt çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“ABŞ yenidən Çin Tayvana hərbi yardım edir və silah satır ki, bu da “bir Çin” prinsipini və üç Çin-Amerika kommünikesinin müddəalarını ciddi şəkildə pozur”, – nazirlik qeyd edib.

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Tayvana hərbi yardımının “Çinin suverenliyini və təhlükəsizlik maraqlarını ciddi şəkildə pozduğunu” vurğulayıb. Bəyanatda həmçinin deyilir ki, Pekin kəskin narazılığını bildirir, buna qəti şəkildə qarşı çıxır və dərhal ABŞ-a ciddi təqdimat göndərib.

Chosen
24
14
nocomment.az

10Sources