EN

Türkiyə Rusiyanı rejimin devrilməsindən əvvəl Əsədi dəstəkləməyi dayandırmağa çağırıb

Türkiyə Rusiyanı Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejiminə dəstəyi dayandırmağa çağıraraq, bu dəstəyin uzunmüddətli perspektivdə mənasız olduğunu sübut etməyə çalışıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Washington Post" mənbəyə istinadən yazır.

Suriya üsyançılarının hücumunun ilk günlərində Moskva "Həyat Təhrir əş-Şam” qruplaşmasının planlarını öyrənmək üçün Ankara ilə əlaqə saxlayıb. Eyni zamanda, Türkiyə Suriyanın yeni hakimiyyətini Rusiyaya qarşı yönəltmək riskləri səbəbindən Moskvaya silahlı müxalifətə zərbələrdən imtina etməyi tövsiyə edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da öz növbəsində bildirib ki, Ankara Moskvanı bölgədəki şərtlər dəyişdiyi üçün Əsəd rejimini dəstəkləməkdən imtina etməyə çağırıb.

Dekabrın 8-də Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı postunu tərk etmək qərarına gəldiyini və "hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstəriş verərək” Suriyanı tərk etdiyini bildirib. Daha sonra Suriyanın eks-prezidentinin Moskvaya ailə üzvləri ilə gəldiyi məlum olub.

Aydın
Chosen
18
48
qaynarinfo.az

10Sources