EN

Hansı kərə yağını almaq daha yaxşıdır?


Bir çox evdar qadınlar əmindirlər ki, yağ tərkibi 72 faiz olan kərə yağı keyfiyyətsiz məhsuldur və buna görə də onu mağazalardan almağa qorxurlar.

Ekspertlər deyirlər ki, xanımların qorxuları heç də əsassız deyil. Ancaq yenə də bu məhsullar arasındakı fərqi başa düşmək lazımdır

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, istehsalçılar yağ tərkibinə görə yağları üç növə bölürlər:

• ənənəvi – 82 faiz;

• "kənd" kərə yağı – 72 faiz;

• sendviç yağı– 60-65 faiz.

Müvafiq olaraq, məhsulun tərkibindəki yağ nisbəti nə qədər azdırsa, tərkibində bir o qədər çox zərdab olur.

Ən yaxşı və yüksək keyfiyyətli yağ tərkibi 82 faiz olan ənənəvi kərə yağı hesab olunur. Tərkibində cəmi 16 faiz zərdab var.

Əlbəttə, yağ tərkibi 72 faiz olan "kənd" yağı orqanizminiz üçün zərərsizdir, lakin ən çox saxtalaşdırılan yağdır və buna görə də çox diqqətli olmalısınız. İstehsalçıdan tam əmin deyilsinizsə, 82 faiz yağ tərkibli kərə yağı götürmək daha yaxşıdır.

 



Chosen
13
15
news24.az

10Sources