EN

Azərbaycanın ixrac etdiyi xam neft və neft məhsullarının həcmi açıqlandı

Yanvar-noyabr aylarında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları 10,92 faiz azalaraq 21 milyon 555,7 min ton təşkil edib. İxrac edilən neft və xam neft məhsullarının dəyəri isə 13 milyard 304,3 milyon dollar olub.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, 2023-cü ilin eyni aylarında ölkədən 24 milyon 199,4 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 15 milyard 99,9 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu ilin on bir ayında neft bitumu ixracı isə 30,7 faiz azalaraq 1 milyon 191,09 min ton təşkil edib. İxrac edilən məhsulun dəyəri isə 220,3 milyon dollar olub.

Ötən ilin müvafiq ayında isə ölkədən 1 milyon 718,7 min ton neft bitumu ixrac edilib, ixrac edilən məhsulun dəyəri isə 421,6 milyon dollar olub.
Chosen
5
6
e-huquq.az

10Sources