“Zirə”nin qapıçısı Aydın Bayramov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı qolkiperin yubileyi Premyer Liqanın 18-ci turuna təsadüf edib.
O, “Səbail”ə qalib gəldikləri səfər görüşündə (1:0) 90 dəqiqə meydanda olub.