EN

Son sutkada 50 fələstinli İsrailin zərbələri nəticəsində ölüb

İsrailin Qəzza zolağına son 24 saat ərzində endirdiyi zərbələr nəticəsində azı 50 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

İsrail ordusu Xan Yunisin qərbində, Əl-Məvasi bölgəsində köçkünlərin olduğu çadır düşərgəsini atəşə tutub.

Telekanal qeyd edir ki, Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanası da intensiv atəşə tutulub.

Anklavın Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından bu yana İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 45,2 mindən çox fələstinli həlak olub, 107,6 mindən çoxu isə yaralanıb.

Chosen
13
8
operativmm.az

10Sources