EN

Son 24 saat ərzində 50 fələstinli İsrailin Qəzzaya endirdiyi zərbələrin qurbanı olub

İsrailin Qəzza zolağına son 24 saat ərzində endirdiyi zərbələr nəticəsində azı 50 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

İsrail ordusu Xan Yunisin qərbində, Əl-Məvasi bölgəsində köçkünlərin olduğu çadır düşərgəsini atəşə tutub.

Telekanal qeyd edir ki, Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanası intensiv atəşə tutulub.

Anklavın Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından bu yana İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 45,2 mindən çox fələstinli həlak olub, 107,6 mindən çoxu isə yaralanıb.

Chosen
16
8
apa.az

10Sources