EN

"Toyota Abşeron Center"ə yazılan protokola baxılacaq tarix açıqlandı - Valyuta vəsaiti xaricdən geri qaytarılmayıb

"Toyota Abşeron Center" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Abşeron Rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın sədrliyi ilə dekabrın 28-də baxılacaq.

 

Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: Nizamnamə kapitalı 100 000 AZN olan şirkətin qanuni təmsilçisi Cəmil Böyükağa oğlu Məmmədovdur.

 

Xəyal Quliyev

Tarix: 23 Dekabr 2024, 08:04   
Chosen
15
32
pravda.az

10Sources