EN

"Mask heç vaxt ABŞ prezidenti ola bilməyəcək" - Tramp

Amerikalı sahibkar İlon Mask heç vaxt ABŞ prezidenti ola bilməyəcək, çünki o, ABŞ-də doğulmayıb.

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Arizonada keçirilən "AmericaFest" konfransında çıxışı zamanı deyib.

Amerika Konstitusiyasına görə, yalnız bu ölkədə doğulmuş ABŞ vətəndaşları ABŞ prezidentliyinə namizəd olmaq hüququna malikdir. Bununla belə, Mask Cənubi Afrikanın Pretoriya şəhərində anadan olub.

Tramp bu bəyanatı amerikalı siyasətçilər və ictimai fəallar arasında Maskın seçilmiş prezidentin administrasiyasına ciddi təsir göstərməsi ilə bağlı artan narahatlığı fonunda edib. Belə ki, "HuffPost" qəzeti yazıb ki, Demokratlar Partiyasının üzvləri artıq Maskı ABŞ-nin “kölgə prezidenti” adlandırırlar.

Gülayə Mecid 

Chosen
16
50
unikal.az

10Sources