EN

Qırmızı dənizdə ABŞ-nin F-18 qırıcısını GÖRÜN KİM vurub?

Yəmənnin "Ənsarullah" hərəkatı Qırmızı dənizdə ABŞ ordusuna məxsus "F-18" tipli döyüş təyyarəsini vurulduğunu açıqlayıb.

Bu barədə husilərin sözçüsü Yəhya Sari "X" şəbəkəsinə yazıb.

Onun sözlərinə görə, ABŞ və İngiltərə koalisiyası Yəməndə husilərə qarşı hücum həyata keçirib. Bu zaman husilər də

"USS Harry S. Truman" təyyarə gəmisi və döyüş gəmilərini hədəf alıb: "8 raket və 17 pilotsuz uçuş aparatından istifadə olunub. ABŞ ordusuna məxsus "F-18" tipli döyüş təyyarəsi də həmin vaxt vurulub".

ABŞ Mərkəzi Komandanlığı isə açıqlayıb ki, Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 qırıcısı Qırmızı dəniz üzərində səhvən vurulub. İnsident zamanı iki yerlik F/A-18 qırıcısı Amerika donanmasına aid "USS Gettysburg" raket kreyserinin hava hücumundan müdafiə sistemi tərəfindən hədəf alınıb: "Raket kreyseri F/A-18 qırıcısına səhvən atəş açıb və onu vurub".

Qeyd edək ki, pilotlar insidentdən sonra dərhal suya atılıb və xilas ediliblər.


Chosen
12
azia.az

1Sources