Ukrayna ordusu son 3 gündə Kursk vilayətində 70-dən çox Şimali Koreya hərbçisini məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Əməliyyatlar Qüvvəsinin Teleqram kanalında məlumat yayılıb.
“Kursk vilayətində 3 gün ərzində Şimali Koreya ordusunun 77 hərbçisi öldürülüb, 40-dan çox hərbçisi isə yaralanıb. Ukrayna ordusu şimali koreyalıların 12 ədəd avtomobil və zirehli texnikasını da məhv edib”, - məlumatda qeyd olunub.