Misli Premyer Liqasının XVIII turu “Zirə”nin qapıçısı Aydın Bayramov üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı qolkiper ölkə çempionatlarında 100-cü oyununu keçirib. Onun yubileyi “Səbail”lə səfər matçına (1:0) təsadüf edib.

Aydın 100 görüşdə 138 top buraxıb. O, karyerası ərzində üç klubda forma geyinib.

“Sumqayıt”da 56 (-87), “Turan Tovuz”da 29 (-41) matça çıxan Bayramov “Zirə”də 15 (-10) dəfə şans qazanıb.

Qeyd edək ki, onun debütü 2019/20 mövsümündə gerçəkləşib. 2019-cu il dekabrın 8-də “Sumqayıt”ın formasını geyinən Bayramov “Qəbələ” ilə ev görüşündə (1:1) meydana çıxıb.