EN

Şimali Koreyadan Rusiyaya daha bir dəstək: hazırlıqlar başladı

Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək olmaq üçün əlavə qoşun və hərbi texnika, o cümlədən kamikadze pilotsuz təyyarələr göndərməyə hazırlaşır.
 
Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya kəşfiyyatının məlumatlarına istinadən yazır.
 
Cənubi Koreya kəşfiyyatı KXDR-in Rusiyaya raket buraxılış sistemləri və özüyeriyən artilleriya qurğuları göndərdiyini xatırladıb: “Çoxsaylı kəşfiyyat məlumatlarının hərtərəfli qiymətləndirilməsi göstərir ki, Şimali Koreya Rusiyada qoşunların yerləşdirilməsini və ya rotasiyasını artırmağa hazırlaşır”.
 
Bundan əlavə, kəşfiyyat rəsmiləri qeyd edir ki, Şimali Koreya ilk dəfə noyabr ayında Kim Çen Inın yoxlaması zamanı təqdim edilmiş kamikadze dronların istehsalına və tədarükünə başlayır. Kəşfiyyat rəsmiləri bunun səbəbini KXDR-in döyüşdə praktiki təcrübə qazanmaq və silah sistemini modernləşdirmək istəyi ilə izah edirlər.
 
Şimali Koreyanın dövlət mediası keçən ay xəbər vermişdi ki, Kim müxtəlif növ kamikadze dronlarının yerində sınaqlarına nəzarət edib və silahların tam miqyaslı istehsalına göstəriş verib.
 
Bundan əvvəl kəşfiyyat rəsmiləri Rusiyanın Kursk vilayətində yerləşdirilən 11 min Şimali Koreya əsgərinin ən azı bir hissəsinin real döyüş əməliyyatlarına göndərildiyini bildirmişdilər. Eyni zamanda azı 100 nəfər həlak olub, yaralananların sayı isə 1000-ə çatıb.
Chosen
7
50
moderator.az

10Sources