EN

Bu həftə ardıcıl 7 gün iş olacaq

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Oxu24.com un məlumatına görə, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 28 və 29 dekabr tarixləri iş günü olduğundan, bu həftə ardıcıl 7 gün iş olacaq. 30-31 dekabr, 1-5 yanvar tarixləri isə qeyri-iş günü olacaq.

Qeyd edək ki, Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edəcək.

Chosen
14
49
oxu24.com

10Sources