EN

Hansı tibb müəssisələrində onlayn növbə sistemi QURULUB? – TƏBİB

“5 tibb müəssisəsində onlayn  növbə sisteminin qurulması üçün hazırlıq prosesi davam edir".

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirdiyi brifinqdə deyib. 

O bildirib ki, hazırda onlayn növbə sistemi pilot layihə olaraq Yeni Klinikada tətbiq olunur:
 

“Növbə sisteminin canlı növbə funksionallığı isə hazırda 19 tibb müəssisəsində tətbiq olunur. 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə ediblər".


Həmçinin, qurum direktoru 100 mindən çox sürücülüyə yararlı olmaq barədə tibbi arayış, 250 minə yaxın sağlamlıq haqqında arayışın elektron formatda təqdim edildiyini qeyd edib.

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

Chosen
15
5
bizim.media

10Sources