EN

Vüqar Qurbanov sağlamlıq haqqında elektron arayışların statistikasını açıqladı

“Hazırda onlayn növbə sistemi pilot layihə olaraq Yeni Klinikada tətbiq olunur”.

Musavat.com xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov mətbuat konfransında bildirib.

V.Qurbanov layihənin xaos və qarışıqlığın minimuma enməsinə, iş prosesinin sürətlənməsinə, effektivliyin artmasına, tibb müəssisəsində xeyli sayda insanın toplanmaması nəticəsində məmnuniyyətin artmasına, tibb müəssisəsinin reputasiyasına müsbət təsir etdiyini qeyd edib:

“Növbə sisteminin canlı növbə funksionallığı isə hazırda 19 tibb müəssisəsində tətbiq olunur. 5 tibb müəssisəsində isə qurulma üçün hazırlıq prosesi davam edir. 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə ediblər.

Sürücülüyə yararlı olmaq barədə tibbi arayışın, sağlamlıq haqqında tibbi arayışın elektronlaşdırılması da cari ildə rəqəmsallaşma ilə bağlı həyata keçirilən layihələrdəndir. Artıq 100 mindən çox sürücülüyə yararlı olmaq barədə tibbi arayış, 250 minə yaxın sağlamlıq haqqında arayış elektron formatda təqdim edilib”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Chosen
9
8
musavat.com

10Sources