“Prezidentlik sükanını İlon Maska verəcəyimlə bağlı yeni iddiaların heç bir əsası yoxdur. Xeyr, bu baş verməyəcək".
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Arizona ştatının Phoenix şəhərində keçirilən “AmericaFest” konfransında deyib.
Tramp vurğulayıb ki, Mask heç vaxt prezident olmayacaq: “Çünki o, bu ölkədə doğulmayıb”.
İlon Mask 1971-ci ildə Pretoriyada (Cənubi Afrika) anadan olub, məktəbi bitirdikdən sonra Kanadaya, sonra isə ABŞ-yə köçüb. Amerika Konstitusiyası ABŞ-dən kənarda doğulmuş vətəndaşların prezidentliyə namizəd olmasına icazə vermir. Daha əvvəl The Washington Post qəzeti isə İlon Maskı ABŞ-nin “kölgə prezidenti” adlandırmışdı.
ElcanMissiya.Az