EN

Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Gürcüstan Prezidenti Salome Zurabişvilinin ölkədə yeni parlament seçkisinin keçirilməsi tələbi legitim deyil və heç bir əsası yoxdur".
Oxu.Az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Prezident Salome Zurabişvilinin ötən gün ölkədə yeni parlament seçkisinin keçirilməsi ilə bağlı bəyanatına cavabında deyib.
"Salome Zurabişvilinin Gürcüstanın maraqlarına zidd hərəkətlərinə gəldikdə, o, tamamilə nəzarətsiz hərəkət edir, nə qanuna, nə də konstitusiyaya əhəmiyyət verir", - deyə Gürcüstanın XİN rəhbəri vurğulayıb.
Chosen
12
50
oxu.az

10Sources