EN

“Lukoil”: Təəssüf ki, intensiv yağan yağışlar nəticəsində benzinə su qarışıb - Sürücülərə dəymiş zərər ödənilməkdədir

"Lukoil-Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bir neçə gün öncə QSC-yə məxsus yanacaqdoldurma məntəqəsində yaranan vəziyyətə münasibət bildirib.

 

Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakının Binəqədi rayonu, "Azadlıq" prospektində yerləşən 19 saylı yanacaqdoldurma məntəqəsində xoşagəlməz hal dekabrın 18-də qeydə alınıb. 

 

"Hazırda müvafiq komissiya yaradılıb, araşdırma aparılır. İlkin ehtimal bundan ibarətdir, son günlər yağan intensiv yağışlar fəsadlar yaradıb, Aİ-95 markalı benzinin olduğu çənə qurunt suları dolub. Operatorların ya təcrübəsizliklərindən, ya da diqqətsizliklərindən çəndəki benzin sonadək istifadə edilib. Bunun da səbəbi həmin dövrdə yeni benzinin gəlməməsi olub. Doğrudan da, avtomobillərin çənlərinə vurulan benzində su qarışımı olub. Müştərilərimizin belə bir halla qarşılaşdıqlarına görə təəssüf hissi keçirik. Ölkədə 30 ildir, fəaliyyət göstəririk, bu hadisə ilkdir. Hansı müştərimizə ziyan dəyibsə, şirkətin gəlirləri hesabına ödənilir və bu, davam etməkdədir. Hazırda 20 sürücüyə kompensasiya ödənilib. Məbləğ isə servisdən verilən sənədlər əsasında müəyyənləşdirilir", - məlumatda qeyd olunub.

 

Nadir Qurbanov

Tarix: 23 Dekabr 2024, 13:38   
Chosen
19
pravda.az

1Sources