EN

Şimali Koreya əsgərləri müharibədə ölür – SON RƏQƏM

Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı 1100 nəfər Şimali Koreya əsgəri həlak olub. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Yonhap” informasiya agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komandanlığına istinadən məlumat yayıb. Kəşfiyyat məlumatlarına görə, Şimali Koreya Rusiyaya əlavə qüvvə və hərbi texnika göndərəcək: “Bir çox kəşfiyyat hesabatlarının hərtərəfli qiymətləndirilməsi göstərir ki, Şimali Koreya (Rusiyadakı) qoşunların sayını rotasiya etməyə və ya artırmağa hazırlaşır”. 

Seul qeyd edib ki, Şimali Koreya da Rusiyaya pilotsuz uçan zərbə aparatları verə bilər. Şimali Koreya mediasının bir müddət əvvəl verdiyi xəbərə görə, Kim Çen In noyabr ayında PUA sınağını müşahidə edib və sonra irimiqyaslı istehsala başlamağı tapşırıb. 

Yüksək rütbəli Pentaqon rəsmisi qapalı brinfinqdə Ukrayna müharibəsində Şimali Koreya bir neçə yüz itki və yaralılarının olması barədə məlumat verib. ABŞ rəsmisi qeyd edib ki, Ukrayna qüvvələri Şimali Koreya qoşunlarının yerləşdiyi komanda məntəqələrinə və mövqelərə hücum edib.

Chosen
20
50
cebheinfo.az

10Sources