Bakı. Trend:
Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestanvilayətində sərnişin avtobusu yanacaq daşıyan tankerlətoqquşub.
Trend-inməlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Sistan vəBəluçestan üzrə filialının direktoru Məhəmməd Mehdi Səccadi yerlimediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, baş verən qəza nəticəsində 9 nəfər ölüb, 13nəfər xəsarət alıb.
Səccadi deyib ki, hadisə yerinə xilasetmə və təcili yardımmaşınları cəlb olunub. Xəsarət alanlar tibb mərkəzlərinəaparılıb.
Faktla bağlı araşdırma aparılır.