EN

4500 dollar maaş alan legioner “daşı ətəyindən tökdü”, getdi - FOTO

«Kəpəz» rəhbərliyi aylardan bəri davam edən qeyri-müəyyənliyə son qoyub.

Redon Mihana ilə aparılan uzun-uzadı danışıqlar nəhayət başa çatıb.

Albaniyalı yarımmüdafiəçi yayda imzaladığı 1+1 illik müqaviləni pozub.

25 yaşlı legioner 1 aylıq əməkhaqqı müqabilində kontraktına qarşılıqlı razılıq əsasında xitam verib.

Albaniyanın U-21 yığmasının sabiq üzvü son olaraq ölkəsində "Erzeni"də oynayıb. Elə indi də ölkəsinə qayıdır.

Azad agent statusu alan Mihana 4 aya yaxın idi ki, əvəzedici heyətdə yer alırdı. Azər Bağırov baş məşqçi postuna keçəndən az sonra onun xidmətindən imtina etmişdi.

«Sarı-göylər» ötən müddətdə ona dəfələrlə təklif eləmişdi ki, sözləşməsinin ləğvinə «okey» versin».

4500 dollar maaş alan alban isə əsas komandaya yararlı olduğunu deyərək, bundan imtina eləmişdi.

Görünür, gec də olsa, başa düşüb ki, Bağırovun etimadını qazana bilməyəcək. Çünki «Kəpəz»in əvəzedici heyətində də forma şansı qazanmırdı.

SPORTİNFO.AZ

Chosen
16
sportinfo.az

1Sources