Meksikanın qərbində kiçik şəxsi təyyarənin qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb.
Axar.az xəbər verir ki, bu barədə Xalisko ştatının mülki müdafiə xidməti məlumat yayıb.
Qeyd olunur ki, Miçoakan ştatının La Parota şəhərindən havaya qalxan Cessna-207 təyyarəsi ucqar meşəlik əraziyə düşüb. Hadisə yerinə gələn polis 7 cəsədin tapılması barədə məlumat verib. Ölənlərin şəxsiyyəti müəyyən edilməyib.
Qeyd edək ki, ötən gün Braziliyada təyyarə qəzası baş vermişdi.