EN

Rusiya kəşfiyyatından iddia: Moldova prezidenti Dnestryanıda müharibəyə başlayır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Moldova Prezidenti Maya Sandu Dnestryanıda hərbi əməliyyat planı hazırlayır".
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS nəşri Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosundan daxil olan məlumata əsasən bildirib.
Kəşfiyyat Xidmətindən qeyd edilib ki, Maya Sandu bu yaxınlarda ölkə hökumətinin rəhbərliyi ilə enerji təhlükəsizliyi məsələləri üzrə görüş keçirib.
"Görüş Sandunun Dnestryanı üzərində nəzarətin qurulması və Rusiyanın bölgədə sülhməramlı mövcudluğunun aradan qaldırılması üçün hərbi əməliyyat planının hazırlanmasının zəruriliyi barədə sözləri ilə yekunlaşıb", - deyə məlumatda nəzərə çatdırılıb.
"Heç kim təminat verə bilməz ki, Moldova prezidenti həqiqətən də regionda real müharibəyə başlamağa cəhd etməyəcək", - deyə Xarici Kəşfiyyat Xidməti vurğulayıb.
Chosen
3
50
oxu.az

10Sources