EN

Tramp: Mask ABŞ prezienti olmayacaq

Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilmiş prezidenti Donald Tramp milyarder İlon Maskın onun üzərində siyasi təsirinin artması ilə bağlı demokratların tənqidinə cavab verib. Gələcək dövlət başçısı əmin edib ki, iş adamı Ağ Evin rəhbəri olmayacaq.

Bu barədə Amerikanın NBC News nəşri xəbər verir.

Tramp müvafiq bəyanatla dekabrın 22-də Feniksdə Turning Point USA AmericaFest konfransında çıxışı zamanı deyib .

ABŞ-ın seçilmiş prezidentinin müttəfiqi Maskın təsirinə reaksiyası iş adamının ona hökuməti maliyyələşdirmək üçün Respublikaçılar Nümayəndələr Palatasının spikeri Mayk Consonun təklif etdiyi ikipartiyalı qanun layihəsinin qəbuluna mane olmasından sonra gündəmə gəlib.

Sonra, keçən həftə Vaşinqtondakı gərgin qarşıdurma Amerika hökumətini az qala iflic vəziyyətinə saldı. Nəhayət, ABŞ qanunvericiləri məqbul alternativ tapa bildilər.

Oxuməni.az

Chosen
16
oxumeni.az

1Sources