EN

Milyarder pulunu xərcləməyə yer tapa bilmir

Dünya şöhrətli milyarder Uorren Baffetin rəhbərlik etdiyi "Berkshire Hathaway"in pul ehtiyatları şirkət tarixində ən yüksək həddə çatıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, analitiklərin fikrincə, Baffetin nəhəng pul yığımının əsas səbəbi səhmlərin həddən artıq qiymətləndirilməsi və bazarda investisiya imkanlarının olmaması ola bilər.

"Baffet Göstəricisi" kimi tanınan ABŞ səhmlərinin ümumi bazar dəyərinin ÜDM-ə nisbəti 209 faizlə bütün zamanların ən yüksək səviyyəsinə çatıb. 

"Berkshire Hathaway" 2024-cü ildə "Apple" və "Bank of America" kimi böyük şirkətlərin səhmlərində 133 milyard dollarlıq satış edib. Bu satışlara baxmayaraq, şirkətin səhmləri 2024-cü ildə yüzdə 27 dəyər qazanıb və bu artım şirkətin 2021-ci ildən bəri ən yüksək performansı olaraq qeyd edilib. 

Baffetin bu strateji addımı böyük alışa hazırlıq əlaməti kimi şərh olunur. Analitiklər hesab edirlər ki, bu nəhəng pul ehtiyatı iqtisadi böhran dövrlərində problem yaşayan şirkətlərə və ya sektorlara investisiyalar üçün istifadə edilə bilər. Bu, Baffetin varisi Qreq Abel üçün də mühüm sınaq ola bilər.

"Berkshire Hathaway", ABŞ-də yerləşən enerji şirkəti Occidental Petroleum-un 8,9 milyon səhmini 405 milyon dollara satın alaraq, bu şirkətdəki payını 28 faizdən çox artırıb. Bu alış Baffetin enerji sektoruna marağını bir daha nümayiş etdirib. 

"Berkshire Hathaway"in artan pul ehtiyatları şirkəti qeyri-müəyyən iqtisadi şəraitə davamlı edir. Amma Baffetin növbəti böyük addımının nə olacağı hələ də maraq doğurur. İnvestorlar və bazar ekspertləri Baffetin strategiyasının arxasında duran motivləri diqqətlə izləyirlər.

Gülayə Mecid 

Chosen
8
2
unikal.az

3Sources