EN

Şagird və müəllimlərə hücum edildi! 7 nəfər yaralandı

Zaqrebin Preçko rayonundakı məktəbdə yeniyetmənin bıçaqla hücum etməsi nəticəsində yeddi şagird və müəllim yaralanıb.

Söz.az “Report”-a istinadən xəbər verir ki, bu barədə  HRT telekanalı Xorvatiyanın Baş naziri Andrey Plenkoviçə istinadən məlumat yayıb.

Məlumata görə, yeniyetmə polis tərəfindən saxlanılıb.

"Biz, bütün Xorvatiya ictimaiyyəti kimi, bu gün səhər Zaqrebdəki Preçko ibtidai məktəbində baş verən bu böyük faciədən sarsılmışıq. Daxili işlər naziri Davor Bojinoviç və elm və təhsil naziri Radovan Fuks hazırda oradadırlar. Bizdə olan məlumata görə, bir neçə şagird aldıqları xəsarətlər səbəbindən Zaqreb xəstəxanalarına yerləşdirilib", - o bildirib.

HRT-nin məlumatına görə, hücum edən şəxs həmin məktəbin şagirdi ola bilər. Telekanal qeyd edir ki, qeyri-rəsmi məlumatlara əsasən, yaralanan şagirdlərdən biri ölüb.


Chosen
29
5
soz.az

6Sources