EN

Həbsxanada üsyan! Ölənlər var

Meksikanın Tabasko ştatında həbsxanadakı iğtişaşda iki məhbus həyatını itirib.

Söz.az yerli KİV-ə istinadən xəbər verir ki, ştatın Kreset şəhərində bəzi məhbusların başqa həbsxanaya köçürülməsi iğtişaşlara səbəb olub.

Dövlət Təhlükəsizlik katibi Viktor Hüqo Çaves mətbuata verdiyi açıqlamada hadisənin 2 məhbusun təhvil verilməsi səbəbindən baş verdiyini və polisin həbsxanada təhlükəsizliyi təmin etmək üçün əməliyyat keçirdiyini bildirib.

Məhkumlar müxtəlif mebel və tullantıları yandırıblar. Əməliyyat zamanı çoxlu say silah, kəsici alətlər və partlayıcı materiallar ələ keçirilib.

Digər tərəfdən üsyanı eşidən məhbusların yaxınları məlumat almaq üçün həbsxananın qarşısına toplaşıb.


Chosen
16
2
soz.az

6Sources