EN

Səhiyyə Nazirliyində əməliyyat keçirilir - Saxlanılanlar var

Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.

Hurriyyet.Az bildirir ki, Bakupost.Az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı saxlanılanlar var.

Bildirilir ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.

Qeyd edək ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.

Əlavə məlumat veriləcək.

Bakupost.az

 

Chosen
1
49
hurriyyet.az

10Sources