EN

Sumqayıtda bıçaqlanan 15 yaşlı yeniyetmənin SON DURUMU

Sumqayıtda bıçaqlanan 15 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən Bizim.Media-ya bildirilib ki, 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) 22.12.2024-cü il tarixində saat 16:10 radələrində Mərkəzin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Sol budun açıq yarası diaqnozu təyin edilən şəxsə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Bizim.Media

Chosen
14
2
bizim.media

10Sources