EN

AzMİU nümayəndələri İTÜ ilə elmi əməkdaşlıq əlaqələrini gücləndirmək məqsədilə İstanbulda bir sıra görüşlər keçirib



Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova və Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müəllimi dosent Samirə Əkbərova, Türkiyənin İstanbul Texnik Universitetinə (İTÜ) səfər ediblər.

Newscenter.az xəbər verir ki, səfər çərçivəsində İTÜ-nün tədris və beynəlxalq əlaqələr üzrə prorektoru professor İpək Akın Karadayı ilə görüş keçirilib.

Görüşdə həmçinin İTÜ-nün İnşaat mühəndisliyi kafedrasının müdiri professor Mustafa, AzMİU ilə ikili diplom proqramının koordinatoru professor Abdul Hayır və İTÜ-də təhsil alan AzMİU tələbələri iştirak ediblər.

Görüşdə AzMİU və İTÜ-nün ikili diplom müqaviləsi çərçivəsində təhsil alan tələbələrinin qarşılaşdıqları çətinliklər və ikili diplom müqaviləsinin genişləndirilməsi mövzuları müzakirə edilib. Universitetlər arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq elm platformalarında qarşılıqlı dəstəyin artırılması məsələləri ön plana çıxıb.

Səfər zamanı professor Nigar Aslanova İTÜ-nün Mədənçilik fakültəsini və Fənn Ədəbiyyat fakültəsinin Riyaziyyat kafedrasını ziyarət edib, kafedrada elmi seminarla çıxış edib. Hər iki fakültədə professor-müəllim heyəti ilə elmi əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Görüşlərin sonunda iki universitet arasında əlaqələrin möhkəmləndirilməsi və birgə layihələrin inkişaf etdirilməsi ilə bağlı konkret addımlar atılacağı bildirilib.

Qeyd edək ki, bu səfər AzMİU-nun beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi və elmi əməkdaşlıq sahəsindəki əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.



Süleyman
Chosen
11
2
newscenter.az

3Sources