EN

Makron yeni hökuməti təsdiqlədi

Fransa prezidenti Emmanuel Makron baş nazir Fransua Bayru ilə görüşündə ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib.

Əsas postları əvvəlki kabinetin üzvləri saxlayıb.

Siyahını Yelisey sarayının baş katibi Aleksis Koler oxuyub.

Belə ki, 2024-cü ilin sentyabrında Xarici İşlər Nazirliyinə gələn Jan-Noel Barro XİN-in, Sebastyan Lekornu isə ölkənin Silahlı Qüvvələr Nazirliyinə rəhbərlik etməyə davam edəcək. Həmçinin Bruno Retaio üçün Daxili İşlər Nazirliyinin saxlanılması qərara alınıb.


Mənbə: unikal.az

Chosen
26
3
unikal.az

5Sources