ABŞ hökuməti yalnız iki cinsi tanıyan rəsmi siyasəti tətbiq etməyi planlaşdırır.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bəyan edib.
Tramp Arizonada keçirilən "Turning Point" konfransında çıxış edərək, administrasiyasının yalnız kişi və qadın cinslərinin tanınacağı siyasəti həyata keçirəcəyini bildirib. O, bu yanaşmanın sadə və aydın olduğunu vurğulayıb.
Konfrans iştirakçıları Trampın sözlərini alqışlarla qarşılayıblar.
Nərmin
Milli.Az