EN

Nazirliyin əməkdaşı Xankəndidə VƏFAT ETDİ – FOTO

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Nəcəf Həsənov vəfat edib.

NOCOMMENT.az Modern.az-a istinadən xəbər verir ki, o, Xankəndi şəhərində müəllimlərin yaşadığı çoxmənzilli yaşayış binasında dünyasını dəyişib.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, N.Həsənov bir neçə gündür ki, özünü narahat hiss edirmiş.

Meyit müayinə üçün morqa aparılıb.

Onun intihar etdiyi barədə iddialar da səsləndirilib. Tibbi ekspertizanın nəticələrindən sonra ölümün səbəbi açıqlanacaq.

Qeyd edək ki, Nəcəf Həsənov Təhsil İdarəsinin Xocalı rayon sektorunda aparıcı məsləhətçi kimi çalışırdı.

Faktla bağlı araşdırma aparılır.

 

Chosen
20
22
nocomment.az

10Sources