Təl-Əvivdə hava həyəcanı elan edildikdən sonra təxminən 20 nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, həkimlər xəsarət alan 20-dən çox insana yardım göstəriblər. Yəməndən atılan raketin HHM qüvvələri tərəfindən məhv edilməsi ilə əlaqədar sirenalar işə salınıb.