EN

Trampın açıqlaması Panamada kəskin etirazla qarşılanıb: ABŞ bayrağı yandırılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Panamada ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Panama kanalına nəzarəti bərpa etmək istəyi ilə bağlı açıqlamasından sonra etiraz nümayişi keçirilib, D.Trampın portreti və ABŞ bayrağı yandırılıb.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verib.
Qeyd olunub ki, nümayiş əvvəlcə həmkarlar ittifaqlarının Panama hökumətinin sosial siyasəti ilə razılaşmaması üzrə keçirilməli idi. Lakin təşkilatçılar fürsətdən istifadə edərək D.Trampın Panama kanalını geri almaq niyyəti ilə bağlı açıqlamasına etiraz etmək qərarına gəliblər.
Etirazçılar, həmçinin Panama hökumətindən Birləşmiş Ştatlar administrasiyasına qəti cavab verilməsini tələb ediblər.
Chosen
16
50
oxu.az

10Sources